İranla qaz müqaviləsi yaxın vaxtlarda başa çatır, hələlik uzadılması barədə danışıqlar yoxdur - Türkiyə
Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar İrandan Türkiyəyə təbii qaz axınını tənzimləyən müqavilənin yaxın aylarda başa çatacağını bildirib. VOA xəbər verir ki, nazir iki ölkə arasında müqavilənin uzadılması imkanlarının müzakirə oluna biləcəyini, lakin hazırda heç bir rəsmi danışıqların aparılmadığını vurğulayıb. Jurnalistlərə açıqlama verən Bayraktar, Ankaranın qaz tədarükünü şaxələndirməyə çalışdığını, bura Rusiyadan gələn mayeləşdirilmiş təbii qaz (LNG) yüklərinin də daxil olduğunu qeyd edib.
Ankara Moskva ilə qaz sazişini yeniləyib
Türkiyə enerji təhlükəsizliyini şaxələndirmək məqsədilə Rusiyadan qaz idxalına dair mövcud müqavilələri bir il müddətinə uzadıb və paralel olaraq ABŞ qaz hasilatı sektoruna sərmayə yatırmağı planlaşdırır. Bunu energetika naziri Alparslan Bayraktar İstanbulda jurnalistlərə açıqlamasında bildirib.