Livan Prezidenti İsrail hücumlarının diplomatik səyləri hədəf aldığını bəyan edib
Livan Prezidenti Cozef Aun İsrailin ölkəsinin müxtəlif bölgələrinə təşkil etdiyi hücumların diplomatik səyləri və sabitliyi hədəf aldığını bildirib. Livanın rəsmi NNA agentliyində Prezident Aunın İsrail hücumları ilə bağlı bəyanatı dərc olunub. Aun qeyd edib ki, İsrailin Livanın müxtəlif şəhərlərinə yönələn hücumları ölkəsinin qardaş və dost ölkələrlə, xüsusilə də Amerika Birləşmiş Ştatları ilə apardığı diplomatik təşəbbüsləri və sabitliyi bərpa etmək cəhdlərini boşa çıxarmağa yönəlmiş açıq düşmənçilik aktıdır.
Ordu rəhbərindən dövlət başçısına - Cozef Aun kimdir?
Livanın yeni seçilmiş prezidenti Cozef Aun bu gün, cümə axşamı – 9 yanvar 2025-ci ildə hərbi formasını çıxararaq qara rəsmi kostyumda Nümayəndələr Palatasına daxil olub. O, parlamentin sədri Nəbih Berri ilə görüşərək əl sıxıb və Konstitusiya üzrə and içib. Mərasim zalda toplaşan deputatların gurultulu alqışları ilə müşayiət olunub. Cozef Aun 1964-cü il yanvarın 10-da Livanın Matn bölgəsində anadan olub. O, ali təhsilini siyasi elmlər və hərbi elmlər sahəsində alıb, beynəlxalq münasibətlər üzrə ixtisaslaşıb. Fransız və ingilis dillərini mükəmməl bilir.
İsraillə danışıqların növbəti raundu 19 dekabrda başlayacaq - Cozef Aun
Livan Prezidenti Cozef Aun bildirib ki, İsraillə aparılan birbaşa danışıqların növbəti raundu 19 dekabr 2025-ci ildə keçiriləcək. Prezident ilk mərhələ üzrə reaksiyaları “müsbət” kimi qiymətləndirib.