Neft məhsullarının Azərbaycandan Ermənistana Gürcüstan vasitəsilə daşınması ucuzlaşıb
Gürcüstan Azərbaycandan Ermənistana neft məhsullarının daşınması üçün simvolik tarif müəyyən edib. Bu barədə Gürcüstanın İqtisadiyyat Nazirliyinin məlumatında qeyd olunub. Məlumata görə, 2025-ci ilin dekabr ayının əvvəlində Gürcüstan Azərbaycan neftinin öz ərazisi vasitəsilə Ermənistana tranzitini birdəfəlik və ödənişsiz şəkildə təmin edib. Növbəti partiya isə standart tariflə daşınıb ki, bu da Ermənistanda narazılığa səbəb olub.
Gürcüstan tarif məsələsini həll etdi, Ermənistan üçün neft məhsulları tranziti davam edəcək - Nazir
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında bildirib ki, Ermənistan tərəfindən neft məhsullarının satışı ilə bağlı sorğu daxil olub və daşınma Gürcüstan üzərindən həyata keçiriləcək. Nazir qeyd edib ki, bu məsələ ilə bağlı Azerpress Media Agentliyinin sualına cavab olaraq Gürcüstan tərəfindən tətbiq edilən ilkin tarif həqiqətən yüksək olub: “Bu, Azərbaycanda suallar yaratdı, çünki mövcud praktikaya uyğun deyildi. Qısa müddət ərzində Gürcüstan rəhbərliyi məsələyə müdaxilə etdi və məsələ öz həllini tapdı. Tam bazar şərtlərinə uyğun tarif şirkətlər arasında razılaşdırılıb. Fürsətdən istifadə edərək Gürcüstan rəhbərliyinə təşəkkür edirəm. Bu onu göstərir ki, Azərbaycan-Gürcüstan münasibətləri dost münasibətləridir. Düşünürəm ki, bu məsələ həllini tapıb və yenə də o marşrutdan istifadə ediləcək,” – deyə Ceyhun Bayramov vurğulayıb.
Azərbaycandan Ermənistana yanacağın ilk partiyası göndəriləcək
Gürcüstan Azərbaycandan Ermənistana yanacaq partiyasının bir dəfəlik pulsuz daşınmasına icazə verib. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin qərarına əsasən, “Gürcüstan Dəmir Yolları”na həmin dəmir yolu tranzit daşınmasını dərhal, tamamilə pulsuz və bir dəfəlik yerinə yetirmək tapşırılıb. Rəsmi tərəflər bu qərar haqda məlumatlandırılıb”, - bəyanatda qeyd olunur