Türkiyədə hər üç sərnişindən ikisi İstanbul və Antalya hava limanlarından istifadə edib
Dövlət Hava Limanları İdarəsinin (DHMİ) məlumatına görə, yanvar-iyul aylarında Türkiyə hava limanlarına gələn və gedən sərnişinlərin ümumi sayı 134,9 milyon olub və ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artıb. İstanbul Hava Limanı bu dövrdə 46,95 milyon sərnişinə xidmət göstərərək ölkənin ən sıx hava limanı olub. Sabiha Gökçen Hava Limanı 26,5 milyon sərnişini qəbul edib, Antalya Hava Limanı isə ümumi 20,18 milyon sərnişinlə ilin üçüncü ən işlək limanı kimi diqqət çəkib.
Sabiha Gökçen hava limanında sərnişindaşıma 26 milyon nəfəri keçib (ÖZƏL)
2025-ci ilin iyul ayında Türkiyənin Sabiha Gökçen Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, 26 milyon 503 min 943 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin iyul ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 3 faiz artaraq, 11 milyon 694 min 644 nəfər, beynəlxalq reyslər üzrə isə 20 faiz artaraq 14 milyon 809 min 299 nəfər təşkil edib.
Sabiha Gökçen Hava Limanında bir gündə 8 rekord qeydə alınıb
İstanbul Sabiha Gökçen Beynəlxalq Hava Limanı tarixinin ən intensiv gününü yaşayaraq, uçuş və sərnişin göstəriciləri də daxil olmaqla, müxtəlif kateqoriyalarda eyni gündə səkkiz rekord qırıb.
Sabiha Gökçen Hava Limanı bir gündə 7 rekord qırıb
İstanbul Sabiha Gökçen Beynəlxalq Hava Limanı (ISG) 27 iyul tarixində eyni gündə yeddi müxtəlif göstərici üzrə rekord yeniləyib.
Türkiyədən Suriyanın Hələb şəhərinə birbaşa aviareyslər açılır
AJet bu ilin iyulunda paytaxt Dəməşqə həyata keçirdiyi ilk uçuşdan sonra uçuş şəbəkəsini genişləndirərək Yaxın Şərqin daha bir önəmli şəhərini marşrutlarına əlavə edib.
Sabiha Gökçen hava limanında sərnişindaşıma 22 milyon nəfəri keçib (ÖZƏL)
2025-ci ilin iyun ayında Türkiyənin Sabiha Gökçen Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq, 22 milyon 109 min 146 nəfər olub.
Türkiyə hava daşımalarında Avropanı geridə qoyur
Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu 2025-ci ilin yanvar-iyun aylarında hava nəqliyyatından istifadə edən sərnişinlərin sayının 108 milyon 811 min 724 nəfərə çatdığını açıqlayıb.
Sabiha Gökçen Avropanın ən sürətli böyüyən hava limanı olub
Sabiha Gökçen Hava Limanı Avropanın ən sürətlə inkişaf edən əsas hava limanı seçilib.
AJet 13 ildən sonra Sabiha Gökçendən Dəməşqə ilk uçuşunu edib
AJet-in Sabiha Gökçen Hava Limanından Dəməşqə ilk uçuşu uğurla tamamlanıb.
Sabiha Gökçen hava limanında sərnişindaşıma 18 milyon nəfəri keçib (ÖZƏL)
2025-ci ilin may ayında Türkiyənin Sabiha Gökçen Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq, 18 milyon 56 min 325 nəfər olub.