5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Sabiha Gökçen Hava Limanında bir gündə 8 rekord qeydə alınıb

İstanbul Sabiha Gökçen Beynəlxalq Hava Limanı tarixinin ən intensiv gününü yaşayaraq, uçuş və sərnişin göstəriciləri də daxil olmaqla, müxtəlif kateqoriyalarda eyni gündə səkkiz rekord qırıb.

4 Avqust 2025 13:55
Sabiha Gökçen Hava Limanında bir gündə 8 rekord qeydə alınıb

BAKI, AzerVoice , Fərid Mikayılov

İstanbul Sabiha Gökçen Beynəlxalq Hava Limanı tarixinin ən intensiv gününü yaşayaraq, uçuş və sərnişin göstəriciləri də daxil olmaqla, müxtəlif kateqoriyalarda eyni gündə səkkiz rekord qırıb.

AzerVoice xəbər verir ki, hava limanında bir gün ərzində ümumilikdə 158 min 678 sərnişinə xidmət göstərilib.

Rekord göstəricilər həm ümumi uçuş və sərnişin saylarında, həm də beynəlxalq reyslərin gələn-gedən sərnişin və uçuş statistikalarında qeydə alınıb.

Əvvəlki rekord 27 iyul tarixində əldə olunub. Dünən bu rəqəmlər yenilənərək beynəlxalq reyslərlə gələn sərnişin sayı 44 min 446-dan 45 min 715-ə, uçuş sayı isə 237-dən 244-ə yüksəlib.

Gedən sərnişin sayı 43 min 499-dan 45 min-ə çatıb. Beləliklə, beynəlxalq reyslər üzrə ümumi günlük sərnişin sayı 90 min 715-ə qalxıb. Günün ümumi uçuş sayı isə 840 olub.

Sabiha Gökçen Beynəlxalq Hava Limanı, sərnişin axınını sürətləndirmək və rahatlığı artırmaq məqsədilə ötən il təxminən 34 milyon avro dəyərində “Sərnişin Axınını Yaxşılaşdırma Layihəsi”ni həyata keçirib. Terminalda aparılan texnoloji və əməliyyat yenilikləri nəticəsində təhlükəsizlik və pasport nəzarəti prosesləri daha çevik və sürətli hala gətirilib.

Məqalədə: #Türkiyə #İstanbul #Sabiha Gökçen Hava limanı #sərnişin daşıma #hava limanı #Sərnişin rekordu #Turizm rekordları

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.