Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova zəng edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova zəng edib. Dövlətimizin başçısı Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü münasibətilə Qurbanqulu Berdiməhəmmədovu təbrik edib və qardaş Türkmənistana uğurlar arzulayıb. Prezident İlham Əliyev dekabrın 12-də Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin anım gününün keçirildiyini deyərək, Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirak edə bilməcəyini bildirib, həmin tədbirlərdə Azərbaycanın Baş nazirinin iştirak edəcəyini vurğulayıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
Dekabrın 10-da Türkmənistanın Türkmənbaşı şəhərindəki “Avaza” Milli Turizm Zonasında “Müasir cəmiyyətdə qadınların rolu: Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq əməkdaşlığın inkişafı” mövzusunda beynəlxalq konfrans keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılış mərasimində iştirak edib
Leyla Əliyeva Türkmənistanda xeyriyyə Fondunun filialının açılış mərasimində iştirak edib