İsrail həbsxanalarında iğtişaş riski ilə bağlı xəbərdarlıq edilib
İsrail həbsxanalarında saxlanılan fələstinli məhbuslarla bağlı vəziyyətin kəskinləşməsi fonunda genişmiqyaslı iğtişaş ehtimalı ilə bağlı rəsmi xəbərdarlıq edilib. İsrail Həbsxana Xidmətinin rəhbəri Kobi Yaakobi bu barədə ölkə parlamentində – Knessetin Milli Təhlükəsizlik Komitəsinin iclasında çıxışı zamanı bildirib.