10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail həbsxanalarında iğtişaş riski ilə bağlı xəbərdarlıq edilib

İsrail həbsxanalarında saxlanılan fələstinli məhbuslarla bağlı vəziyyətin kəskinləşməsi fonunda genişmiqyaslı iğtişaş ehtimalı ilə bağlı rəsmi xəbərdarlıq edilib. İsrail Həbsxana Xidmətinin rəhbəri Kobi Yaakobi bu barədə ölkə parlamentində – Knessetin Milli Təhlükəsizlik Komitəsinin iclasında çıxışı zamanı bildirib.

16 Dekabr 2025 19:11
İsrail həbsxanalarında iğtişaş riski ilə bağlı xəbərdarlıq edilib

BAKI, AzerVoice, Orxan Qədirzadə

İsrail həbsxanalarında saxlanılan fələstinli məhbuslarla bağlı vəziyyətin kəskinləşməsi fonunda genişmiqyaslı iğtişaş ehtimalı ilə bağlı rəsmi xəbərdarlıq edilib.

AzerVoice-un məlumatına görə, İsrail Həbsxana Xidmətinin rəhbəri Kobi Yaakobi bu barədə ölkə parlamentində – Knessetin Milli Təhlükəsizlik Komitəsinin iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, fələstinli məhbusların saxlanıldığı həbsxanalarda vəziyyətin gərginləşməsi ciddi eskalasiya riski yaradır. Yaakobi qeyd edib ki, qurum təxminən iki ildir mümkün iğtişaş ssenarilərinə, o cümlədən kameraların yandırılması ilə müşayiət olunan hadisələrə hazırlaşır.

İsrail dövlət televiziya kanalı KAN-ın məlumatına əsasən, Yaakobi komitə üzvlərinə həbsxanalarda “ciddi hadisələrin baş verə biləcəyi” ilə bağlı xəbərdarlıq edib və təhlükəsizlik baxımından risklərin artdığını vurğulayıb.

Həbsxana Xidmətinin rəhbəri bildirib ki, “təhlükəsizlik məhbusları” adlandırılan fələstinli saxlanılan şəxslər azadlığa çıxmaq ümidlərini böyük ölçüdə itiriblər. Onun sözlərinə görə, 2023-cü ilin noyabrında azadlığa çıxacaqlarına inanan məhbuslar artıq gələcəyə dair hər hansı gözlənti daşımırlar.

Digər tərəfdən, həbsxana komandanı Avixay Ben Hamu ötən il məhbuslar tərəfindən hazırlandığı iddia edilən kamera planlarının aşkarlanaraq müsadirə edildiyini bildirib.

İnsan hüquqları təşkilatları, məhbusların vəkilləri və zərərçəkmişlərin ifadələri İsrail həbsxanalarında saxlanılan fələstinlilərə qarşı sistematik zorakılıq və qeyri-insani rəftar hallarının mövcudluğuna dair iddiaları gücləndirir.

Məlumatlara görə, fələstinli məhbusların vəziyyəti xüsusilə ifrat sağçı siyasətçi İtamar Ben-Qvirin Milli Təhlükəsizlik naziri təyin edilməsindən sonra daha da ağırlaşıb. Bildirilir ki, aclıq, tibbi xidmətlərdən məhrumetmə, fiziki zorakılıq və cinsi istismar halları sistematik xarakter alıb.

Məqalədə: #İsrail həbsxanalarında iğtişaş ehtimalı ilə bağlı xəbərdarlıq #Knessetdə açıqlama: fələstinli məhbuslar səbəbilə risk artır #İsrail Həbsxana Xidməti mümkün üsyan ssenarisindən narahatdır #В Израиле предупредили о риске бунтов в тюрьмах #Глава тюремной службы заявил о возможной эскалации #Ситуация с палестинскими заключенными вызывает опасения #Israel warns of possible prison unrest #Israeli prison chief raises concerns over potential riots #Tensions rise in Israeli prisons holding Palestinian inmates

Mövzu üzrə digər xəbərlər

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

14:02
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
Fələstin

İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı

10:02
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
Livan

İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib

9 Sentyabr 21:44
İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
Livan

İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan

9 Sentyabr 20:39

Son Xəbərlər

Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?
Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?
16:45
İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
15:56
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi
15:24
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
15:12
BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
14:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.