Suriya Livana göndərilən silah partiyasını müsadirə edib
Suriya təhlükəsizlik qüvvələri Livana göndərilməsi planlaşdırılan iri həcmdə silah partiyasının qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılmasının qarşısını alıb.Daxili İşlər Nazirliyinin məlumatına görə, əməliyyat çərşənbə günü paytaxt Dəməşqin kənd ərazilərində, Livanla sərhədə yaxın Zabadani bölgəsində həyata keçirilib. Təhlükəsizlik qüvvələri sərhəd xəttində yerləşən Sərğaya qəsəbəsində qaçaqmalçıları pusquya salaraq yükü müsadirə edib.