Türkiyə ilə Liviya arasında təhlükəsizlik əməkdaşlığı müzakirə olunub
Türkiyənin Milli Müdafiə naziri Yaşar Güler Liviyanın Baş Qərargah rəisinin müavini, general-leytenant Selahəddin ən-Nəmruşu qəbul edib. Nazirliyin sosial şəbəkə hesabında yayılan məlumata görə, görüş Türkiyə Baş Qərargah rəisi, ordu generalı Səlcuq Bayraktaroğlunun dəvəti ilə Ankaraya səfər edən liviyalı nümayəndə heyətinin iştirakı ilə baş tutub. Qəbulda ordu generalı Səlcuq Bayraktaroğlu da iştirak edib. Görüşdə iki ölkə arasında hərbi əməkdaşlıq və qarşılıqlı əlaqələrin inkişafı məsələlərinin müzakirə olunduğu bildirilir
TBMM Türkiyə Silahlı Qüvvələrinin Liviyadakı missiyasının müddətini uzadıb
Türkiyə Böyük Millət Məclisinin (TBMM) plenar iclasında Türkiyə Silahlı Qüvvələrinin Liviyadakı fəaliyyət müddətinin uzadılmasına dair Prezidentin təqdimatı qəbul edilib. Türkiyə Silahlı Qüvvələrinin Liviyadakı missiyasının müddəti 2 yanvar 2026-cı il tarixindən etibarən daha 24 ay uzadılıb.