Trampın hədəfi Qrenlandiyanı işğal etmək deyil, satın almaqdır - Rubio
ABŞ Dövlət Katibi Marko Rubio, Prezident Donald Tramp administrasiyasının Qrenlandiyanı “işğal etməyi deyil, satın almayı hədəflədiyini” bildirib. Rubio Konqres üzvlərinə Venesuelaya müdaxilə mövzusunda etdiyi brifinqdə, Trampın Qrenlandiya planlarına dair açıqlamalarından bəhs edib. Konqres üzvlərinin, Trampın Siyasət və Daxili Təhlükəsizlik üzrə müşavir Yardımçısı Stiven Miller kimi yüksək səviyyəli rəsmilərin “agressiv açıqlamaları” səbəbindən Grönlandla bağlı verdikləri suallara Rubio, Trampın Qrenlandiyanı “satın almaq istədiyini” bildirib.
Qrenlandiya baş naziri Trampın ilhaq təhdidlərinə cavab verib
Qrenlandiyanın Baş Naziri Yens Frederik Nielsen ABŞ Prezidenti Donald Trampın avtonom Danimarka ərazisini ilhaq etmək təhdidlərinə sərt reaksiya verib. “Daha çox təzyiq olmayacaq. Daha çox işarələr olmayacaq. İlhaq xəyalları olmayacaq. Biz dialoqa və müzakirələrə açığıq, amma bu yalnız beynəlxalq hüquqa hörmətlə və düzgün kanallar vasitəsilə baş verməlidir.” - deyə paylaşımda qeyd edib. Prezident Tramp bazar günü ABŞ-ın tərkibinə Qrenlandiyanın qatılması iddiasını təkrarlayıb. O, strateji yerləşməsinə görə Qrenlandiyanı milli təhlükəsizlik baxımından önəmli adlandırıb. Tramp jurnalistlərin suallarına cavab olaraq bildirib:
ABŞ-nin müdafiə məqsədləri üçün Qrenlandiyaya nəzarət etməsi lazımdır
ABŞ-nin müdafiə məqsədləri üçün Qrenlandiyaya nəzarət etməsi lazımdır. Bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.
ABŞ Danimarkanın daxili işlərinə müdaxilə iddialarına reaksiya verib
ABŞ rəsmiləri Qrenlandiya ilə bağlı yayılan məlumatlardan sonra Danimarkanın daxili işlərinə qarışmaq ittihamlarını rədd ediblər. Ağ Evin anonim rəsmisi CBS News-a açıqlamasında “Biz hesab edirik ki, danimarkalılar sakit olmalıdırlar” - deyə bildirib. ABŞ Dövlət Departamentinin sözçüsü isə amerikalı vətəndaşların Qrenlandiyadakı fəaliyyətlərinə dair şərh verməyəcəklərini, onların hərəkətlərinə nəzarət etmədiklərini qeyd edib. O, ABŞ-ın NATO-dakı müttəfiqi Danimarka ilə münasibətlərinə önəm verdiyini vurğulayaraq, Vaşinqtonun Danimarka xarici işlər naziri Lars Lokke Rasmussen ilə “məhsuldar görüş” keçirdiyini də əlavə edib.
Qrenlandiyada buzlaqlar sürətlə yox olur
May istiləri Qrenlandiya buzlaqlarını 17 dəfə daha sürətlə əridib
Panama və Qrenlandiya ilə bağlı hər ehtimalı nəzərə alırıq - Hegseth
ABŞ Müdafiə Naziri Pit Hegseth Nümayəndələr Palatasında keçirilən dinləmələr zamanı Panama və Qrenlandiyanın “zorla ələ keçirilməsi” ehtimalı ilə bağlı sualları cavablandırıb.
Trampın müharibələri bitirmə strategiyası: Geosiyasət yox, geo-iqtisadiyyat
Ruzvelt Ceyms Monro doktrinasına inansa da, onu inkişaf etdirərək Amerika qitəsində ABŞ-ın nüfuz zonasını müəyyənləşdirdi və lazım gəldikdə hərbi müdaxiləni dəstəklədi