13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Trampın Qrenlandiya ilə bağlı mövqeyi dəyişməyib - Ağ Ev

19 May 2025 20:06
Trampın Qrenlandiya ilə bağlı mövqeyi dəyişməyib - Ağ Ev

BAKI, AzerVoice

ABŞ Prezidenti Donald Tramp, Qrenlandiyanın istənilən yolla Birləşmiş Ştatlara qoşulması ideyasına sadiq olmağa davam edir.

AzerVoice xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat verib.

"Prezident Tramp hələ də Qrenlandiyanın Arktikadakı strateji əhəmiyyətini müdafiə edir. O, bu regionda milli təhlükəsizlik maraqlarını irəli aparmaq üçün Qrenlandiyanı istənilən mümkün yolla əldə etmək ideyasına sadiq qalır" – deyə, Livitt bildirib.

Tramp daha öncə dəfələrlə Qrenlandiyanın ABŞ-a qoşulmalı olduğunu bildirib. Qeyd edək ki, Qrenlandiya Danimarka Krallığına daxil olan muxtar ərazidir. Bu ilin mart ayında keçirilən parlament seçkilərində adanın müstəqilliyi əsas mövzulardan biri olub. İctimai rəy sorğularına əsasən, əhalinin əksəriyyəti bu istəyi dəstəkləsə də, onlar hələ müstəqilliyin nə vaxt və necə əldə ediləcəyinə dair qərar verməyiblər. Yanvar ayında keçirilən sorğuda isə yalnız 6 faiz iştirakçı Qrenlandiyanın ABŞ-a qoşulmasının tərəfdarı olduğunu bildirib.

Həmçinin xatırladaq ki, Tramp bu ayın əvvəlində "NBC News" kanalına verdiyi müsahibədə, məsələnin hərbi güclə həll olunmasını istisna etmədiyini bəyan edib. ABŞ-ın vitse-prezidenti Cey Di Vens isə mart ayının sonunda bəyan edib ki, Vaşinqton Qrenlandiyanın müstəqillik əldə edib sülh yolu ilə ABŞ-a birləşəcəyinə ümid edir. Vensin sözlərinə görə, bu məsələ ilə bağlı ABŞ-ın hərbi gücdən istifadə etməklə təhdid planı yoxdur.

Məqalədə: #ABŞ #Donald Tramp #Danimarka #Qrenlandiya #Ağ Ev #ABŞ-ın Qrenlandiya planları #ABŞ və Qrenlandiya arasında gərginlik #Qrenlandiyanın ABŞ nəzarətinə keçməsi #ABŞ-ın Qrenlandiyada maraqları

Mövzu üzrə digər xəbərlər

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
İran

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb

12 Sentyabr 21:03
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
İran

İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək

12 Sentyabr 21:00
ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
İran

ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai

12 Sentyabr 20:52
İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM
İran

İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM

12 Sentyabr 20:43

Son Xəbərlər

İraqda Əcil neft yatağının inkişafı üzrə 25 illik müqavilə imzalanıb
İraqda Əcil neft yatağının inkişafı üzrə 25 illik müqavilə imzalanıb
10:17
Səudiyyə diplomatları Madrid və Londonda regional məsələləri müzakirə edib
Səudiyyə diplomatları Madrid və Londonda regional məsələləri müzakirə edib
10:09
Qətərdə süni intellekt üzrə biznes imkanları - Texnologiya, bazar potensialı və strateji sahələr hansılardır?
Qətərdə süni intellekt üzrə biznes imkanları - Texnologiya, bazar potensialı və strateji sahələr hansılardır?
10:00
13 sentyabrda ərəb coğrafiyasını dəyişən 20 tarixi gerçəklik
13 sentyabrda ərəb coğrafiyasını dəyişən 20 tarixi gerçəklik
09:52
Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
09:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.