FIFA yeni futbol mükafatının təsis edildiyini elan etdi
Beynəlxalq Futbol Federasiyası (FIFA) ilin yekunları üzrə yeni futbol mükafatının təsis edildiyini açıqlayıb. Bu barədə qurumun rəsmi internet saytında məlumat verilib. Yeni mükafat 2026-cı ildən etibarən qüvvəyə minəcək və FIFA tərəfindən ilin gedişində həm meydanda, həm də meydandan kənarda ən yaxşı performans göstərən futbolçulara təqdim edilən yeganə illik rəsmi mükafat olacaq.