Zelenski Kirilo Budanovu Prezident Administrasiyasının rəhbəri təyin edib
Ukrayna Prezidenti Volodimir Zelenski Hərbi Kəşfiyyat Baş İdarəsinin (GUR) rəhbəri Kirilo Budanovu Prezident Administrasiyasının yeni rəhbəri təyin edib. Bu qərar ABŞ-la birgə Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılmasını nəzərdə tutan 20 maddəlik plan üzərində işlərin davam etdiyi bir vaxtda açıqlanıb. Zelenski bildirib ki, ölkənin əsas prioritetləri təhlükəsizlik məsələləri, Müdafiə və Təhlükəsizlik Qüvvələrinin inkişafı, eləcə də diplomatik danışıqlar prosesidir.