Rusiya və Fransa saxlanılan şəxsləri mübadilə edib
Rusiya və Fransa arasında saxlanılan şəxslərin mübadiləsi həyata keçirilib. Fransa ərazisində ABŞ-ın tələbi ilə saxlanılan rusiyalı basketbolçu Daniil Kasatkin Rusiyada məhkum olunmuş fransız politoloq Loran Vinate ilə dəyişdirilib. Məlumatı Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi yayıb. Kasatkinin vəkili Frederik Belo basketbolçunun gecə saatlarında həbsxanadan azad edildiyini, təyyarə ilə Moskvaya çatdığını təsdiqləyib.