ABŞ Afrikada neft strategiyasını genişləndirir?
ABŞ-ın neft şirkəti “Şevron” Anqola sahillərində yeni neft yatağı aşkarladığını açıqlayıb. Şirkət bu kəşfi Afrikanın cənubundakı kəşfiyyat proqramının genişləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirib. “Şevron”un məlumatına görə, yeni quyunun mövcud infrastrukturla əlaqələndirilməsi nəzərdən keçirilir. Bu yanaşmanın yeni layihənin yaradılması ilə müqayisədə kapital xərclərini və hasilata başlama müddətini azaltması gözlənilir.
Ekvatorial Qvineyanın paytaxtı Ciudad de la Paza köçürülüb
Ekvatorial Qvineyanın paytaxtı təhlükəsizlik və logistikanın yaxşılaşdırılması məqsədilə dəyişdirilib. Bu barədə Prezident Teodoro Obiank Ngema Mbasogo müvafiq fərmanı imzalayıb.