Qaradənizdə üzən Yunan tankerləri PUA hücumuna məruz qalıb
Qara dənizdə enerji təhlükəsizliyi ilə bağlı vəziyyət kəskinləşib. Məlumatlara görə, Rusiyanın Qara dəniz sahilində yerləşən Xəzər Boru Kəməri Konsorsiumunun terminalı yaxınlığında Yunanıstan şirkətlərinə məxsus dörd neft tankeri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Məlumata əsasən, hadisə neft yükləmək üçün bölgədə gözləyən tankerlər ətrafında baş verib. Mənbələr bildirir ki, hücumda istifadə olunan pilotsuz uçuş aparatlarının Ukraynaya məxsus olduğu ehtimal edilir, lakin Kiyev hadisə ilə bağlı rəsmi açıqlama verməyib. Xəzər Boru Kəməri Konsorsiumunun rəhbərliyi də insidentə dair şərh verməkdən çəkinib.