Mədəniyyət naziri Adil Kərimli III Beynəlxalq Məqam Sənəti Forumu çərçivəsində keçirilən konfransda çıxış edib
Mədəniyyət naziri Adil Kərimli Özbəkistanın Namanqan şəhərində keçirilən III Beynəlxalq Məqam Sənəti Forumu çərçivəsində təşkil olunan konfransda çıxış edib. O, Azərbaycan muğamının milli-mədəni kimlikdə xüsusi yer tutduğunu bildirib. Nazir muğamın qorunması və inkişafının dövlət siyasətində prioritet olduğunu vurğulayıb. Prezident İlham Əliyevin mədəniyyət sahəsinə göstərdiyi diqqət xüsusi qeyd olunub. Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun layihələri yüksək qiymətləndirilib. Konfransda ənənə və innovasiya əlaqəsi müzakirə olunub.
Bakıda Xəzər və Mərkəzi Asiya üzrə neft ticarəti və logistika Forumu keçirilir
Bakıda Xəzər və Mərkəzi Asiya regionlarında neftin ticarəti və logistikasına həsr olunmuş İkinci Forumu keçirilir. Forumun gündəliyi dəyişən qlobal mühitdə nəqliyyat və infrastruktur, maliyyə aspektləri və əməliyyatları, eləcə də ticarət strategiyaları daxil olmaqla əsas sahələri əhatə edəcək.
Dövlət başçılarının siyasi iradəsi nəticəsində ölkələrimiz media sahəsində yeni imkanlar əldə edib - İsmət Səttarov
Azərbaycan və Özbəkistan xalqlarını sadəcə ortaq tarix və mədəniyyət deyil, eyni zamanda qardaşlıq, dostluq və bir-birinə bağlılıq duyğuları birləşdirir.Bu sözləri Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov Rəqəmsal Transformasiya və Media" mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumunda çıxış edərkən deyib.
"Rəqəmsal Transformasiya və Media” mövzusunda II Azərbaycan–Özbəkistan Media Forumu öz işinə başlayıb
Bakıda "Rəqəmsal Transformasiya və Media" mövzusunda II Azərbaycan–Özbəkistan Media Forumunun açılış mərasimi olub. Forum Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutur.
Şuşada III Qlobal Media Forumunun son günü keçirilir
Şuşada “Rəqəmsal transformasiya: Süni intellekt dövründə informasiya və medianın dayanıqlığının gücləndirilməsi” mövzusuna həsr olunmuş 3-cü Şuşa Qlobal Media Forumunun üçüncü və son günü keçirilir.