Uqandada prezident seçkilərində Yoveri Museveni yeddinci dəfə qalib gəlib
Uqandada keçirilən prezident seçkilərinin yekun nəticələrinə əsasən, hazırkı dövlət başçısı Yoveri Museveni növbəti dəfə prezident postunu qoruyub. Uqanda Seçki Komissiyasının açıqlamasına görə, 81 yaşlı Yoveri Museveni seçicilərin 71,65 faizinin səsini toplayaraq yeddinci müddətə prezident seçilib. Onun əsas rəqibi, 43 yaşlı müxalif siyasətçi və musiqiçi Bobi Uayn səslərin 24,72 faizini qazanıb.