Serj Qnabri “Tottenhem”ə transfer ola bilər
“Bavariya”nın cinah oyunçusu Serj Qnabri İngiltərənin “Tottenhem” klubuna keçə bilər. Mətbuat əvvəllər London klubunun zədələnmiş Məhəmməd Kudusun yerinə oyunçu axtardığını qeyd etmişdi. Bundan əlavə, hücumçu Brennan Conson bu qış “Kristal Palas”a transfer olunub.
Bundesliqa: “Bavariya” “RB Leypsiq”i səfərdə darmadağın edib
Almaniya Bundesliqasının 18-ci turu çərçivəsində “RB Leypsiq” doğma meydanda “Bavariya”nı qəbul edib. Qarşılaşma Münhen təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.