Suriya ordusu İŞİD-lə əlaqəli minlərlə şəxsin saxlanıldığı Əl-Hol düşərgəsinə nəzarəti ələ alıb
Suriya hökumət qüvvələri Həsəkə vilayətində yerləşən və İŞİD-lə əlaqəli minlərlə şəxsin saxlanıldığı Əl-Hol düşərgəsinə daxil olub. Uzun illər ərzində düşərgəyə nəzarət edən kürd silahlı qüvvələrinin ərazidən geri çəkilməsindən sonra zirehli texnika ilə müşayiət olunan Suriya ordusu düşərgədə mövqe tutub.