Səudiyyə Ərəbistanı–BƏƏ münasibətləri regionun sabitliyi üçün həyati əhəmiyyət daşıyır - Faysal bin Fərhan
Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan ölkəsinin Birləşmiş Ərəb Əmirliyi ilə münasibətlərinin regional təhlükəsizlik baxımından strateji əhəmiyyətini vurğulayıb. Faysal bin Fərhan bəyanatında Yəmən məsələsi ilə bağlı iki ölkə arasında müəyyən baxış fərqlərinin mövcud olduğunu da etiraf edib. Bununla belə, o, bu fərqliliklərin ümumi strateji tərəfdaşlığa xələl gətirmədiyini və dialoq yolu ilə müzakirə edildiyini qeyd edib.