Hesablama Palatasının 2026–2030-cu illər üzrə Strateji Planının ilkin layihəsi təqdim edilib
Azərbaycan Respublikası Hesablama Palatasının 2026–2030-cu illəri əhatə edən Strateji Planının ilkin layihəsinin təqdimatı keçirilib. Tədbirdə Hesablama Palatasının sədri və kollegiya üzvləri, Milli Məclisin üzvləri, ekspertlər, struktur bölmələrin rəhbərləri və əməkdaşları iştirak ediblər.
2026-cı il üçün DSMF-nin, İSF-nin büdcələri, yaşayış minimumu və ehtiyac meyarı müzakirə olunub
Noyabrın 5-də Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirilib. Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev diqqətə çatdırıb ki, iclasın gündəliyinə 4 məsələ - “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri birinci oxunuşda daxil edilib.