Ateist ideoloq Riçard Dovkinsin adı Epşteyn istintaqında hallanıb
Ateizmin aparıcı simalarından biri kimi tanınan akademik, bioloq, zooloq və yazar Riçard Dovkinsin adı “Ceffri Epşteyn işi” çərçivəsində aparılan istintaq materiallarında çəkilir. İstintaq prosesinə yaxın mənbələrin yaydığı məlumatlarda Riçard Dovkinsin Ceffri Epşteynlə yaxın dostluq münasibətlərində olduğu və Epşteynin təşkil etdiyi qapalı, xüsusi məclislərdə iştirak etdiyi iddia edilir. Sənədlərdə bu əlaqələrin hansı xarakter daşıdığına dair konkret hüquqi ittiham yer almasa da, Dovkinsin adının iş üzrə materiallarda keçməsi ictimai müzakirələrə səbəb olub.