İran və ABŞ arasında danışıqların yeni raundu razılaşdırıldı
İran və ABŞ arasında Omanda keçirilən dolayı danışıqlardan sonra tərəflər dialoqun davam etdirilməsi barədə ilkin razılığa gəlib. İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, Vaşinqtonla növbəti danışıqlar raundunun “tezliklə” keçirilməsi razılaşdırılıb, lakin İranın uranın zənginləşdirilməsi hüququ müzakirə mövzusu deyil. Araqçi “Al Jazeera” telekanalına müsahibəsində vurğulayıb ki, Omanda baş tutan ilk raund “yaxşı başlanğıc” sayılsa da, tərəflər arasında etimadın formalaşması üçün uzun yol var. Onun sözlərinə görə, nüvə zənginləşdirilməsi İran üçün ayrılmaz hüquqdur və bu proses heç bir halda dayandırılmayacaq.