İran-Avropa Danışıqları - Cenevrədə Gərgin Görüş
Avqustun 26-da İsveçrənin Cenevrə şəhərində İran ilə Böyük Britaniya, Fransa və Almaniya arasında xarici işlər nazirlərinin müavinləri səviyyəsində nüvə danışıqları keçiriləcək. İranı bu görüşdə xarici işlər nazirinin müavinləri Məcid Təhravançi və Kazem Qəribabadi təmsil edəcək. İranın yarı rəsmi Təsnim Xəbər Agentliyinin məlumatına görə, danışıqlar 2015-ci il nüvə sazişinin gələcəyini və tərəflərin öhdəliklərini müzakirə etmək məqsədi daşıyır. Böyük Britaniya, Fransa və Almaniya, ABŞ-ın 2018-ci ildə sazişdən birtərəfli çıxmasından sonra İrana qarşı sanksiyaların bərpası ilə bağlı “snapback” mexanizmini işə salmaqla hədələyiblər. Bu bənd razılaşmanı pozduğuna görə BMT-nin İrana qarşı sanksiyalarını bərpa edəcək. İran isə Avropa ölkələrinin sazişin prinsiplərini pozduğunu və bu mexanizmi işə salmaq hüquqlarının olmadığını bildirib. İran xarici işlər naziri Abbas Arakçi, Avropanın müqavilədəki rolunu itirdiyini və hüquqi əsas olmadan hərəkət etdiyini vurğulayıb.
Birgə Bəyannamə Cənubi Qafqazda davamlı sülh, sabitlik və firavanlıq yolunda mühüm addımdır - Serbiya XİN
Serbiya avqustun 8-də ABŞ-ın himayəsi ilə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış Birgə Bəyannaməni alqışlayır və hər iki tərəfin konstruktiv fəaliyyətini yüksək qiymətləndirir. Bu barədə Serbiya Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki paylaşımında bildirilir.
Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişi
2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan iki ölkə arasında sülh sazişi imzaladılar. Bu saziş, Azərbaycanın 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi nəticəsində işğal altındakı torpaqlarını azad etməsi və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı zamanı qalan ərazilərin də azad olunması ilə başlayan uzun və çətin diplomatik prosesin zirvəsi oldu.
Azərbaycan XİN Prezident İlham Əliyevin ABŞ-a səfərinin nəticələrinə dair məlumat yayıb
7-8 avqust 2025-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri həyata keçirilib. Bu haqda Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycan və Ermənistan arasında tarixi razılaşma regionun inkişafı üçün yeni imkanlara yol açır - Gürcüstan XİN
Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan dövlətinin başçısı İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar olması haqqında” tarixi razılaşmanı alqışlayır. Bu barədə Gürcüstan XİN-nin yaydığı bəyanatda deyilir.
Vaşinqton danışıqları qalıcı sülh üçün mühüm mərhələdir - Ömər Çelik
Türkiyənin Ədaət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə dünən Ağ Evdə Azərbaycan və Ermənistan arasında imzalanan sülh müqaviləsinə münasibət bildirib. Çelik, bu addımın qalıcı sülh üçün mühüm bir mərhələ olduğunu vurğulayıb.
Vaşinqtonda atılan addım regional sülh baxımından son dərəcə mühümdür - Türkiyə XİN
Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olması istiqamətində əldə olunan irəliləyişi və bu çərçivədə avqustun 8-də Vaşinqtonda ifadə edilən iradəni məmnunluqla qarşılayırıq.
Aİ Prezident İlham Əliyevlə Paşinyan arasında Vaşinqtonda keçirilən görüşün nəticəsini alqışlayır
Avropa İttifaqı (Aİ) Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə bugünkü görüşünü alqışlayır.
Prezident İlham Əliyev müharibədə qalib gəldi - indi o sülhü qazandı - Hikmət Hacıyev
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Vaşinqtonda ABŞ, Azərbaycan, Ermənistan liderlərinin gözlənilən görüşü ilə bağlı “X” sosial şəbəkə hesabında paylaşım edib. “Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazandı!!!", - paylaşımda qeyd olunub.
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin ilkin razılaşma mərhələsinə çatması mühüm nailiyyətdir – Ekspert
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident Donald Trampın dəvəti əsasında ABŞ-da səfərdədir. Səfər çərçivəsində ilkin təmaslar baş tutub və pozitiv mesajlar ictimaiyyətə açıqlanıb. Bununla belə, məsələyə aydın nəzər yetirmək və praqmatik yanaşma sərgiləmək üçün iki əsas aspektə baxmaq lazımdır
Tramp Rusiyaya qarşı sanskiyalar tətbiq edəcəyini istisna etməyib
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukrayna məsələsində irəliləyiş əldə olunmazsa, Rusiyaya qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi hələ də gündəmdədir.
Azərbaycan və Ermənistan arasında sülh sazişinin tez bir zamanda əldə oluncağına ümid edirik - Rubio
ABŞ dövlət katibi Marko Rubio Azərbaycan və Ermənistan arsında yaxın zamanda atəşkəsin əldə olunacağına ümi etdiyini bildirib.