NATO təyyarələri Estoniyanın hava məkanında təlimlər keçirəcək
Bu həftə Baltik ölkələrində yerləşdirilən NATO təyyarələri Estoniyanın hava məkanında təlimlər keçirəcək. Uçuşlar 8-14 sentyabr tarixlərində, yerli vaxtla saat 10:00-dan 22:00-dək planlaşdırılıb. Aşağı sürətli uçuşlar minimum 152 metr (500 fut) hündürlükdən aşağı olmayacaq. Pilotlar həmçinin müəyyən olunmuş zonalarda, hava hərəkətinin idarə olunması üzrə mülki xidmətlə razılaşdırılmaqla səsdən sürətli uçuşlar da həyata keçirə biləcəklər. Sentyabrın 8-i və 9-da saat 19:00-dan 22:00-dək Rakvere və Kadrina bölgələrində İtaliya Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcılarının iştirakı ilə hava hərəkəti dispetçerlərinin təlimləri keçiriləcək. Bu təlimlərin məqsədi dispetçerlərin mülki şəraitdə hava gəmiləri ilə qarşılıqlı fəaliyyət bacarıqlarını sınaqdan keçirməkdir.
ABŞ Koreya yarımadasına F-35 qırıcıları yerləşdirib - Gərginlik artır
Yonhap agentliyinin məlumatına görə, avqustun 18-də başlayan və Şimali Koreyadan qaynaqlanan təhlükələrə qarşı müdafiə hazırlığını gücləndirməyi hədəfləyən illik təlim davam edir. ABŞ rəsmisinin açıqlamasına əsasən, 10 ədəd F-35 müvəqqəti olaraq Seulun cənubundakı Kunsan Hava Bazasına yerləşdirilib. Təyyarələr ABŞ Hərbi Hava Qüvvələri və Dəniz Piyadaları Korpusuna təyin edilib. Onların əsas vəzifəsi əks hava manevrlərində iştirak və regionda mümkün təhlükələrə qarşı birgə hazırlığın artırılmasıdır.
Cənubi Koreya və ABŞ Şimali Koreya təhdidinə qarşı hərbi təlimlərə başlayır
Cənubi Koreya və ABŞ bu ay Şimali Koreyanın artan təhlükəsi fonunda hazırlığı gücləndirmək məqsədilə illik Ulchi Freedom Shield adlı birgə hərbi təlimlərə start verəcək. Avqustun 18-də başlayacaq və 10 gün davam edəcək təlimlərdə təxminən 18 min Cənubi Koreya əsgərinin iştirak edəcəyi bildirilib. Təlimlər həm səhra, həm də komanda-qərargah simulyasiyalarını əhatə edəcək.
Türkiyədə hərbi təlim zamanı iki əsgər şəhid oldu
Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) 25 iyul 2025-ci il tarixində İsgəndərun Dəniz Əsgəri Təlim Alayı Komandanlığında baş verən hadisə ilə bağlı rəsmi açıqlama yayıb.
Litvada NATO-nun hərbi təlimləri keçirilir
Litvada Böyük Britaniya, ABŞ və Finlandiyaya məxsus qırıcı təyyarələrin iştirakı ilə Şimali Atlantika Alyansının (NATO) Hərbi Hava Qüvvələrinin “Neptun Zərbəsi” təlimləri keçirilir.
Polşadakı təlimlərdə NATO ölkələrindən 30 mindən çox hərbçi iştirak edəcək
Sentyabr ayında Polşada keçirilməsi planlaşdırılan təlimlərdə NATO ölkələrindən təxminən 34 min hərbçi iştirak edəcək.
Gürcüstanda NATO-nun “Agile Spirit 2025” təlimləri keçiriləcək
NATO-nun beynəlxalq “Agile Spirit 2025” hərbi təlimləri bu il iyulun 25-dən avqustun 6-dək Gürcüstanda keçiriləcək.