Pezeşkianın etirafı Tehranın manevr imkanlarının daraldığını göstərir
İran Prezidenti Məsud Pezeşkianın ölkəsinin şimal-qərb və cənub-şərq sərhədlərində daxili sarsıntılar yaratmaq planlarına diqqət çəkərək, "Qonşularımız olmasaydı, vəziyyət fərqli ola bilərdi" şəklində verdiyi bəyanat Tehrandakı strateji narahatlıqları və dəyişən regional reallıqları bir daha gündəmə gətirib. İran lideri xarici güclərin sərhədyanı bölgələrdən ölkəyə iğtişaşlar keçirmək niyyətində olduğunu, lakin region dövlətlərinin bu təxribatlara izin verməyərək İrana dəstək nümayiş etdirdiyini xüsusi vurğulayıb. Müharibə riskləri, sanksiyalar və daxili böhranlar fonunda İran rejiminin illərdir Cənubi Qafqazda yürütdüyü təsir siyasəti, bölgəyə yanaşması və Tehranın üzləşdiyi geosiyasi təhdidlər barədə Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu Crossmedia.az-a açıqlama verib.
ABŞ-İran danışıqları niyə təxirə salındı? İsveçrədə planlaşdırılan görüş baş tutmadı
ABŞ və İran nümayəndələri arasında İsveçrədə keçirilməsi planlaşdırılan danışıqlar gözlənilmədən təxirə salınıb. İsveçrənin Xarici İşlər Nazirliyi Burgenştok dağ kurortunda iyunun 20-də keçirilməsi nəzərdə tutulan görüşün baş tutmayacağını açıqlayıb.
İranda Müvəqqəti Liderlik Şurası öz işinə başlayıb – Pezeşkian
İranda Müvəqqəti Liderlik Şurası öz işinə başlayıb.Pezeşkian bildirib ki, İran İslam İnqilabının banisi Ayətulla Seyid Ruhulla Xomeyni və Ali Lider Ayətullah Seyid Əli Xameneinin yolunu davam etdirəcək.İran prezidenti əlavə edib ki, İran Silahlı Qüvvələri qarşı tərəflərin hərbi bazalarını var-gücü ilə vurmaqdadır.
İranda Müvəqqəti Liderlik Şurasının üzvləri bəlli oldu
İranda Müvəqqəti Liderlik Şurasının üzvləri İran prezidenti Məsud Pezeşkian, Məhkəmə Sisteminin sədri Qulamhüseyn Mohseni Ejeyi və Konstitusiyaya Nəzarət Şurasının üzvlərindən biri Ayətulla Əlirza Ərafi olacaq. Bunu İranın Məsləhət Şurasının sözçüsü Möhsün Dehnəvi “X” platformasındakı hesabında bildirib.
İran prezidenti təhlükəsiz vəziyyətdədir
İran prezidenti Məsud Pezeşkian təhlükəsiz vəziyyətdədir. Bu barədə prezident administrasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Mehdi Tabatabai məlumat verib. «Prezident tam təhlükəsiz və sağlam vəziyyətdədir», – "X"də dərc olunan bəyanatda bildirilib.