Böyük Britaniya Kiprə hərbi gəmi göndərəcək
Böyük Britaniya hökuməti bölgədə artan pilotsuz uçuş aparatı (PUA) təhdidlərinə qarşı Cənubi Kipr sahillərinə Kral Donanmasının hərbi gəmisini göndərməyi planlaşdırır. "The Guardian" nəşrinin yaydığı məlumata görə, Müdafiə naziri Con Hili hazırda Portsmut limanında olan "HMS Duncan" esminesinin Aralıq dənizinə göndərilməsi variantını nəzərdən keçirir. Qərarın verilməsinə səbəb ötən bazar günü Akrotiri aviabazasına PUA-nın düşməsi və ardınca digər dronların ələ keçirilməsi olub.