Terrorsuz Türkiyə yeni tarixi mərhələnin əsasını qoyur - Kurtulmuş
TBMM-in Fəxri Salonunda keçirilən “Samsuna İstiqlal Medalının Təqdimetmə Mərasimi”ndə çıxış edən Kurtulmuş, son dövrdə terror təşkilatlarının bölgədə böyük güclərin vəkil aparatı kimi istifadə edildiyini qeyd edib. O bildirib ki, Türkiyə bu sxemi alt-üst edərək yeni bir tarixi mərhələnin əsasını qoyur.
"Terrorsuz Türkiyə" komissiyasının ilk iclası başa çatıb
Türkiyə Böyük Millət Məclisində (TBMM) “Terrorsuz Türkiyə” prosesi çərçivəsində yaradılan komissiyanın ilk iclası sona çatıb. İlk iclas yerli vaxtla saat 11:40-da (Bakı vaxtı ilə 12:40) başlayıb və 8 saat davam edib. Komissiyanın adı “Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyası” olaraq müəyyənləşdirilib.
Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 4 nəfər həbs olunub
Türkiyənin Şanlıurfa vilayətində İŞİD terror təşkilatına qarşı əməliiyat keçirilib. İŞİD-ə maliyyə dəstəyi verən və təşkilat daxilində silahlı fəaliyyət göstərən şəxslərin saxlanılması məqsədilə həyata keçirilən əməliyyat çırçivəsində 5 milyon lirədən artıq maliyyə dövriyyəsinə sahib olduğu müəyyən edilən 6 nəfər saxlanılıb. Məhkəməyə çıxarılan şübhəlilərdən 4-ü həbs olunub, 2-si isə deportasiya edilib. Bundan əvvəl, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya İŞİD-ə qarşı 14 vilayətdə keçirdiyi əməliyyatlarda 26 nəfərin saxlanıldığını açıqlamışdı.
Adanada FETÖ-yə qarşı əməliyyat keçirilib
Vilayət Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi əməkdaşları, “Konstitusiya quruluşunu devirməyə cəhd” maddəsi üzrə axtarışda olan iki sabiq mütəxəssis çavuşu saxlayıb.
Türkiyə MTŞ-nin iclasında Qəzzadakı müharibə və digər məsələlər müzakirə olunub
İclasda ilk olaraq, PKK, YPG, FETÖ və İŞİD terror təşkilatları başda olmaqla, Türkiyənin milli birliyi və ərazi bütövlüyünü hədəf alan bütün təhdidlərə qarşı həm ölkə daxilində, həm də xaricdə həyata keçirilən mübarizə tədbirləri barədə Şura üzvlərinə ətraflı məlumat verilib.
"Terrorsuz Türkiyə" komissiyası avqust ayında fəaliyyətinə başlayacaq
Türkiyə Böyük Millət Məclisində (TBMM) qurulacaq "Terrorçusuz Türkiyə" Komissiyası avqustun ilk həftəsində fəaliyyətinə başlayacaq. Bu barədə TBMM sədri Numan Kurtulmuş, İsveçrənin Cenevrə şəhərində keçirilən Altıncı Dünya Parlament Sədrləri Konfransı çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Türkiyədə silahlı hücum: Biri ağır olmaqla 8 nəfər yaralandı
Bu səhər saatlarında Çorumun Bahçelievler məhəlləsində yerləşən bazar yerində baş vermiş silahlı hücum nəticəsində biri ağır olmaqla 8 nəfər yaralanıb.
Fransa Fələstini dövlət kimi tanımaq qərarı alıb
Bronxteyn beynəlxalq ictimaiyyətin 40 ildir İsrail-Fələstin probleminin iki dövlətli həll yolunu müzakirə etdiyini bəyan edərək, Fransanın Fələstini tanımaq qərarının “terrorizmi təşviq etdiyi” ittihamlarına reaksiya verib.
15 İyul - Türk xalqının demokratiya uğrunda dirənişi
2016-cı ilin 15 iyul gecəsi Türkiyə tarixinin ən kritik dönəmlərindən biri yaşandı. Orduya uzun illər sızmış FETÖ (Fətullahçı Terror Təşkilatı) tərəfindən həyata keçirilən hərbi çevriliş cəhdi, ölkənin demokratik nizamını məhv etmək məqsədi daşıyırdı. Lakin bu gecə həm də Türk xalqının azadlıq, iradə və milli birlik uğrunda göstərdiyi misilsiz qəhrəmanlığın simvoluna çevrildi.
Hakan Fidan PKK-nın tərksilah prosesi ilə bağlı açıqlama verib
Türkiyə Xarici İşlər Naziri Hakan Fidan, PKK terror təşkilatının bir qrup üzvünün silahlarını təhvil verməsi ilə bağlı açıqlama verərək, bu hadisəni "Terrorsuz Türkiyə" hədəfi üçün çox əhəmiyyətli və sevindirici bir addım kimi qiymətləndirib.
İngiltərə Fələstin Fəaliyyəti və iki digər qrupu terror təşkilatı elan edir
Böyük Britaniyanın daxili işlər naziri İvette Kuper Fələstin Fəaliyyəti, neonasist Maniacs Murder Cult və Rusiya millətçi Rusiya İmperator Hərəkatını terror təşkilatı elan etmək üçün parlamentə qanun layihəsi təqdim edib.
Terrorun mərkəzi olan Cizrə bu gün Türkiyənin sülh məkanına çevrilib
2015–2016-cı illərdə baş verən terror hadisələrindən sonra ciddi dağıntılara məruz qalan Şırnak şəhər mərkəzi və Cizrə rayonu dövlət tərəfindən yenidən qurulub.