12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə MTŞ-nin iclasında Qəzzadakı müharibə və digər məsələlər müzakirə olunub

İclasda ilk olaraq, PKK, YPG, FETÖ və İŞİD terror təşkilatları başda olmaqla, Türkiyənin milli birliyi və ərazi bütövlüyünü hədəf alan bütün təhdidlərə qarşı həm ölkə daxilində, həm də xaricdə həyata keçirilən mübarizə tədbirləri barədə Şura üzvlərinə ətraflı məlumat verilib.

30 İyul 2025 22:00
Türkiyə MTŞ-nin iclasında Qəzzadakı müharibə və digər məsələlər müzakirə olunub

BAKI, AzerVoice

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasında ölkə və region gündəmini əhatə edən bir sıra önəmli məsələlər müzakirə olunub.

AzerVoice-un məlumatına görə, iclasda ilk olaraq, PKK, YPG, FETÖ və İŞİD terror təşkilatları başda olmaqla, Türkiyənin milli birliyi və ərazi bütövlüyünü hədəf alan bütün təhdidlərə qarşı həm ölkə daxilində, həm də xaricdə həyata keçirilən mübarizə tədbirləri barədə Şura üzvlərinə ətraflı məlumat verilib. Bu çərçivədə, terrora qarşı iradənin dəyişməz olduğu və əməliyyatların qətiyyətlə davam etdiyi vurğulanıb.

İclasda həmçinin, “Terrorsuz Türkiyə” hədəfinə doğru atılan addımlar dəyərləndirilib, bu istiqamətdə əldə edilən irəliləyişlər və gələcəyə dair strategiyalar müzakirə olunub. Bildirilib ki, terrorun kökündən təmizlənməsi ilə birlikdə, xalq arasında qardaşlıq bağları daha da möhkəmlənəcək və ölkənin milli hədəflərinə doğru daha sürətli irəliləyiş mümkün olacaq.

İclasda FETÖ terror təşkilatına qarşı mübarizədə əldə olunan nəticələr və qarşıdakı mərhələdə atılacaq addımlar da nəzərdən keçirilib.

Gündəmdə Suriya məsələsi də yer alıb. Regiondakı proseslərin təsirləri də nəzərə alınaraq, Suriya ilə bağlı son inkişaflar ətraflı təhlil olunub. Türkiyə, Suriya hökumətinin ölkədə birliyi, sabitliyi və ərazi bütövlüyünü təmin etmək üçün atdığı addımları dəstəklədiyini bir daha bəyan edib. Eyni zamanda, ölkənin yenidən zorakılıq və xaosa sürüklənməsinə yönəlmiş istənilən işğal və bölücü fəaliyyətlərin qarşısının alınmasının prioritet məsələ olduğu xüsusi olaraq vurğulanıb.

İclasda İsrailin İrana hücumu ilə başlayan regional gərginlik də qiymətləndirilib. Qeyd olunub ki, onsuz da həssas durumda olan Yaxın Şərqdə yeni qarşıdurmalara və münaqişələrə yol verilməməlidir. İsrailin beynəlxalq hüququ pozaraq Fələstin, Suriya, Yəmən və İranı hədəf alması, eyni zamanda Qəzzada davam edən soyqırım və insanlıq əleyhinə cinayətlərin bölgəni fəlakətə sürüklədiyi vurğulanıb.

Son olaraq Türkiyənin Rusiya–Ukrayna müharibəsində davamlı sülhün təmin olunması üçün üzərinə düşən məsuliyyəti yerinə yetirməyə və hər cür töhfə verməyə hazır olduğu bir daha diqqətə çatdırılıb.

Qeyd edək ki, Milli Təhlükəsizlik Şurasının əvvəlki iclası mayın 22-də baş tutmuşdu.

Məqalədə: #Türkiyə #Qəzza #Rəcəb Tayyib Ərdoğan #İran #PKK #Fələstin #Qəzza zolağı #Türkiyə Milli Təhlükəsizlik Şurası #Yəmən #YPG #FETÖ #Suriya #İŞİD terror təşkilatı #terror #iclas #Qəzza hücumu #İsrail və İran gərginliyi #Qəzza münaqişəsi #Rusiya-Ukrayna münaqişəsi #Ukrayna-Rusiya müharibəsi #Qəzza müharibəsi #Rusiya-Ukrayna müharibəsi #İsrail və İran münasibətləri #terrorsuz Türkiyə #İsrail İran hücumu #İran-İsrail qarşıdurması

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.