Ərdoğanın təsdiqi ilə üç beynəlxalq müqavilə Rəsmi Qəzetdə dərc olunub
Türkiyə tərəfindən imzalanan 3 beynəlxalq müqavilə Türkiyənin Birləşmiş Millətlər Təşkilatı (BMT) və Avropa Komissiyası ilə əməkdaşlığını gücləndirməyə yönəlib.Türkiyə Respublikası ilə BMT və onun ixtisaslaşmış qurumları arasında “Texniki Yardım haqqında Dəyişiklik edilmiş Standart Saziş”ə dair əlavə notalar mübadilə edilib. Bu saziş, BMT-nin Türkiyədəki Rezident Əlaqələndirici Ofisi və əməkdaşlarının fəaliyyətini dəstəkləmək məqsədilə bir il müddətinə uzadılıb. Sazişə zəruri düzəlişlər daxil edilərək Türkiyə ilə BMT Katibliyi arasında əməkdaşlığın davamlılığı təmin edilib.
Bayraktar TB2 PUA-ları Küveyt ordusunun inventarına daxil edilib
Türkiyə istehsalı olan Bayraktar TB2 pilotsuz uçuş aparatları 367 milyon dollarlıq müqavilə çərçivəsində Küveyt Hərbi Hava Qüvvələrinə təhvil verilib.
ASEAN və Aİ strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) ilə Avropa İttifaqı (Aİ) arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində Kuala-Lumpurda yüksək səviyyəli görüş keçirilib.
ASELSAN Türkiyə Müdafiə Sənayesi ilə 71,9 milyon dollarlıq müqavilə imzalayıb
ASELSAN ilə Türkiyə Respublikası Müdafiə Sənayesi Rəyasət Heyəti arasında Yeni Nəsil Şəbəkə Əsaslı Hərbi Rabitə Sistemlərinin satın alınması üçün 71 milyon 886 min 91 dollar dəyərində müqavilə bağlanıb.