İran Ukraynanı “qanuni hədəf” elan etdiyini açıqlayıb
İran rəsmiləri Ukraynanın Yaxın Şərq regionuna pilotsuz uçuş aparatları və dron əleyhinə mütəxəssislər göndərmək qərarına görə Kiyevi münaqişənin tərəfi kimi qiymətləndirdiklərini bəyan ediblər. İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri İbrahim Əzizi Ukraynanın bu addımını sərt tənqid edib.