Sabah Bakıda IV Vergi və Mühasibatlıq Zirvəsi keçiriləcək
“Facemark” və “Good Finance” şirkətlərinin tərəfdaşlığı ilə aprelin 4-də IV Vergi və Mühasibatlıq Zirvəsi keçiriləcək. Tədbir vergi, mühasibatlıq və maliyyə sahələrində aktual mövzuların müzakirəsi üçün mühüm platforma hesab olunur. Qeyd olunur ki, tədbir “PAŞA Bank” və “Unibank”ın bank sponsorluğu, “Azintelecom”un isə rəqəmsal həllər üzrə dəstəyi ilə keçirilir. Zirvədə dövlət və özəl sektor nümayəndələri, maliyyə və vergi sahəsinin aparıcı ekspertləri iştirak edəcəklər.
IV Vergi və Mühasibatlıq Zirvəsinə geri sayım başladı
“Facemark” və “Good Finance” şirkətlərinin birgə təşkilatçılığı ilə 4 aprel tarixində ölkəmizdə IV Vergi və Mühasibatlıq Zirvəsi keçiriləcək.