Əli Xamenei ilə gizli kanallar vasitəsilə danışıqlar gedir - ABŞ Nümayəndələr Palatası
ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri Brayan Mast İranla davam edən hərbi əməliyyatların gedişatı və Vaşinqtonun strateji hədəfləri barədə "Al Jazeera" telekanalına geniş müsahibə verib. Komitə sədri ABŞ-ın İranın nüvə və raket potensialını tamamilə sıradan çıxaracağını bəyan etməklə yanaşı, rəsmi Tehranla gizli diplomatik kanalların mövcudluğunu da təsdiqləyib.