Meloni hökuməti İtaliyanın İkinci Dünya müharibəsindən sonrakı ən uzunömürlü kabineti oldu
Meloni, ABŞ Prezidenti Donald Trampı Roma Papasına hücumlarına görə tənqid etməsindən sonra onunla dostluğunun pozulduğunu da gizlətmir.
Roma İsrail ilə əməkdaşlıq səhifəsini bağlayır: Meloni bunu niyə indi etdi?
14 aprel 2026-cı ildə İtaliyanın Baş naziri Corcia Meloni Veronda keçirilən "Vinitaly" beynəlxalq şərab sərgisi zamanı hökumətinin İsrail ilə müdafiə sahəsində əməkdaşlıq sazişinin avtomatik yenilənməsini dayandırmaq qərarına gəldiyini elan etdi. Bu saziş hər iki ölkənin silahlı qüvvələri arasında hərbi texnika mübadiləsini və texnoloji araşdırmaları əhatə edirdi və illərdir İsrailin İtaliyadan hərbi helikopterlər alması kimi iri müdafiə müqavilələri üçün çərçivə rolunu oynayırdı.
Corcia Meloni referendumda məğlubiyyəti qəbul edib: "Bu, itirilmiş fürsətdir"
İtaliyanın Baş naziri Corcia Meloni məhkəmə sistemində islahatların aparılması ilə bağlı keçirilən referendumda məğlub olduğunu etiraf edib. Bununla belə, Baş nazir hökumət rəhbəri postundan istefa verməyəcəyini qəti şəkildə bəyan edib. Meloni "X" sosial şəbəkəsində paylaşdığı video müraciətində italyan xalqının qərarına hörmətlə yanaşdıqlarını bildirib. O, referendumun nəticəsini "İtaliyanı müasirləşdirmək üçün itirilmiş fürsət" kimi xarakterizə edib. Baş nazir vurğulayıb ki, bu nəticə hökumətin millətin naminə çalışmaq və ona həvalə edilmiş mandatı yerinə yetirmək əzmini dəyişməyəcək.