Rosatom Buşəhr AES-dən personalını çıxarır - İranın nüvə obyekti yaxınlığında gərginlik artır
"Rosatom" dövlət korporasiyasının rəhbəri Aleksey Lixaçov İrandakı Buşəhr AES-də çalışan 163 rusiyalı mütəxəssisin təhlükəsizlik ilə əlaqədar obyekti tərk etdiyini açıqlayıb. Təxliyə prosesinin "planlı rejimdə" həyata keçirildiyini bildirən Lixaçov qeyd edib ki, işçi qrupu çərşənbə günü səhər saatlarında stansiyadan çıxıb, gecəni İsfahanda keçirib və cümə axşamı axşam saatlarında İran-Ermənistan sərhədini keçməsi gözlənilir.