ABŞ-da fələstinli fəala qarşı sui-qəsd cəhdinin qarşısı alınıb
ABŞ-ın Federal Təhqiqat Bürosu (FTB) "Within Our Lifetime" təşkilatının həmtəsisçisi, fələstinli fəal Nərdin Kisvaniyə qarşı planlaşdırılan sui-qəsd cəhdini ifşa edib. FTB-nin Terrorla Mübarizə üzrə Birgə İşçi Qrupu Nyu-Cersi ştatının Hoboken şəhərində keçirdiyi xüsusi əməliyyat nəticəsində sui-qəsd planını vaxtında müəyyən edərək qarşısını alıb. Hadisə ilə bağlı 26 yaşlı Aleksandr Hayflerə qarşı partlayıcı qurğuların hazırlanması və saxlanması ittihamı irəli sürülüb. İstintaq materiallarına əsasən, şübhəli şəxs fəalın evinə "Molotov kokteyli" ilə hücum etməyi planlaşdırıb.