Britaniyada köləlik təzminatları mübahisəsi - bəzi dairələr sərt tədbirlər tələb edir
Böyük Britaniyada bəzi siyasi və media dairələri köləliklə bağlı təzminat tələblərinə qarşı sərt mövqe sərgiləyərək bu çağırışlara siyasi cavab verilməsini təklif edir. Birləşmiş Millətlər Təşkilatının Atlantik kölə ticarətini pisləyən və “ədalətli dialoq” çağırışı edən qərarından sonra Britaniyada bu mövzu ətrafında müzakirələr genişlənib. Məlumata görə, konservativ baxışlı müəllif Deniel Hannan təzminat tələblərini tənqid edərək onları siyasi təzyiq aləti kimi qiymətləndirib.