Şimali Kipr Türk Cümhuriyyəti Prezidenti və Rum Lideri BMT-nin iştirakı olmadan birbaşa görüşəcək
Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Prezidenti Tufan Erhürman açıqlayıb ki, o, Cənubi Kipr Rum Administrasiyasının (GKRY) lideri Nikos Hristodulidis ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) iştirakı olmadan birbaşa görüş keçirmək barədə razılığa gəlib. Prezidentin sözlərinə görə, görüşün tarixi hələ müəyyən edilməyib. Erhürman bu açıqlamanı BMT Baş katibinin Kipr üzrə xüsusi nümayəndəsi və BMT Sülhməramlı Qüvvələrinin (UNFICYP) rəhbəri Xassim Diagne ilə ŞKTC Prezidentliyində baş tutan görüşdən sonra verib. Təxminən yarım saat davam edən görüşdə tərəflər Kipr məsələsi, texniki komitələrin fəaliyyəti və adadakı son siyasi proseslər barədə fikir mübadiləsi aparıblar.
Kipr probleminin həlli yolunda etimad addım-addım qurulur - BMT baş katibi
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Kipr məsələsinə dair “etimad yaratmaq naminə addım-addım irəlilədiklərini” bildirib.
Hakan Fidan Kiprlə Bağlı Nyu-York Görüşündə İştirak Edəcək
Hakan Fidan iyulun 16-17-də ABŞ-ın Nyu-York şəhərində keçiriləcək “Kıbrısla bağlı Genişləndirilmiş Formatlı Qeyri-rəsmi Görüş”də iştirak edəcək.