Bu müharibə sonuncu olmayacaq - İsrail XİN rəhbəri
İsrailin xarici işlər naziri Qideon Saar ölkəsinin apardığı hərbi əməliyyatların gələcəkdə də təkrarlana biləcəyi barədə xəbərdarlıq edib. Gideon Saar çıxışında qeyd edib ki, İsrailin "düşmənləri" hələ də ölkə ərazisinə atəş açmaq imkanına malik olsalar da, onlar artıq İsrail dövlətinin varlığını birbaşa təhlükə altına qoyacaq gücdə deyillər. Nazirin sözlərinə görə, həyata keçirilən əməliyyatlar strateji balansı İsrailin xeyrinə dəyişib.