Çin və Pakistan beynəlxalq birliyi sülh təşəbbüsünə qoşulmağa çağırıb
Çin və Pakistan beynəlxalq birliyi Yaxın Şərqdə davam edən hərbi gərginliyi zəiflətmək məqsədilə hazırladıqları birgə sülh təşəbbüsünə qoşulmağa çağırıb. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib ki, İrandakı müharibə qlobal enerji təchizatını və ticarətini iflic edərək dünya iqtisadiyyatını ciddi təhlükə altına qoyub.