Bəhreyndə "Bapco" enerji obyekti vurulub - Yanğın söndürülüb
Bəhreyn Rəsmi Xəbər Agentliyi (BNA) ölkənin milli enerji şirkəti olan "Bapco Energy"yə məxsus anbarda baş verən yanğının tamamilə söndürüldüyünü bəyan edib. Rəsmi məlumatda yanğının İran tərəfindən həyata keçirilən hücum nəticəsində başladığı bildirilir.
Bəhreyndə həyəcan siqnalları - Əhaliyə "təhlükəsiz yerlərə keçin" çağırışı edilib
Bəhreynin paytaxtı Manama və ətraf ərazilərdə son bir saat ərzində artıq ikinci dəfə xəbərdarlıq sirenləri səslənib. Ölkənin Daxili İşlər Nazirliyi yaranmış vəziyyətlə bağlı təcili bəyanat yayıb.