Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib
Noyabrın 8-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasına səfərə gəlib.
Baş nazirin müavini Dohada BMT-nin İkinci Dünya Sosial Sammitində iştirak edir
Noyabrın 4-də Qətərin paytaxtı Doha şəhərində BMT-nin İkinci Dünya Sosial Sammiti öz işinə başlayıb. Sammitdə 8 mindən çox qonaq, o cümlədən dövlət və hökumət başçıları, nazirlər, alimlər, Birləşmiş Millətlər Təşkilatının təmsilçiləri, vətəndaş cəmiyyəti və özəl sektorun, gənclər təşkilatlarının nümayəndələri iştirak edir.
Azərbaycan-Türkiyə siyasi məsləhətləşmələr keçirib
27 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının ölkəmizdə səfərdə olan xarici işlər nazirinin müavini Ayşe Berris Ekincini qəbul edib. Görüş zamanı Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn mövzular, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Aşqabadda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun iclası keçirilib
Xəzər dənizi məsələləri üzrə yüksək səviyyəli işçi qrupunun növbəti iclası Türkmənistanın Aşqabad şəhərində keçirildi.Görüşdə Azərbaycan, Türkmənistan, İran, Qazaxıstan və Rusiya nümayəndə heyətləri iştirak etdilər. Müzakirələr zamanı ölkəmizi Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Samir Şərifov təmsil etdi.
Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə əməkdaşlığının güclənməsində mühüm rol oynayır - Samir Şərifov
Şuşa Bəyannaməsi iki ölkə arasında əməkdaşlığın güclənməsində mühüm rol oynayır.