İsrail jurnalistləri bilərək hədəf alır - Livan prezidenti
Livan prezidenti Jozef Aun İsrailin ölkədə media nümayəndələrinə qarşı birbaşa hücumlar həyata keçirdiyini bildirib. Onun sözlərinə görə, bu addımlar İsrailin Livanda həyata keçirdiyi hərbi əməliyyatların nəticələrini gizlətmək məqsədi daşıyır.