İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır
İranın müdafiə nazirinin səlahiyyətlərini icra edən briqada generalı İbn ər-Rza müharibədən texnoloji baxımdan mühüm nəticələr çıxarıldığını bildirib. Onun sözlərinə görə, qarşıdurma İran üçün yeni təcrübələrin əldə edilməsinə imkan yaradıb. Müharibə zamanı qarşı tərəfin istifadə etdiyi üsulların öyrənildiyi bildirilir. İran əldə etdiyi məlumatlardan gələcək müdafiə imkanlarının inkişaf etdirilməsində istifadə etməyi planlaşdırır. İbn ər-Rza mümkün gələcək döyüşlər üçün uyğun sistemlərin hazırlandığını açıqlayıb. Yeni sistemlərin hazırlanmasında hazırkı müharibədən çıxarılan nəticələr nəzərə alınır. İran rəsmisi həmin sistemlərin texniki xüsusiyyətlərini açıqlamayıb. Bununla belə, Tehran müharibə təcrübəsinin gələcək hərbi hazırlıqda istifadə ediləcəyini bildirir.
Müdafiə gücümüzün ən mühüm dayağı milli birlikdir - İranın müdafiə naziri
İranın müdafiə naziri vəzifəsini icra edən Məcid İbn Rza ölkənin müdafiə imkanlarının gücləndirilməsinin davam etdiriləcəyini bildirib. Onun sözlərinə görə, Müdafiə Nazirliyinin əsas vəzifəsi İranın təhlükəsizliyini qorumaq və mümkün hücumların qarşısını almaqdır. İbn Rza milli birliyi ölkənin müdafiə gücünün ən mühüm dayağı adlandırıb. O bildirib ki, İrana hücum edən tərəf qarşısında vahid xalq görəcək. İran rəsmisi güclü dövlət qurmaq üçün bütün imkanlardan istifadə ediləcəyini vurğulayıb. O, müdafiə sahəsində üzərlərinə düşən vəzifələrdən geri çəkilməyəcəklərini bildirib. Açıqlama İran rəhbərliyinin milli birlik çağırışlarını artırdığı bir dövrdə verilib. Ali rəhbər Müctəba Xamenei də daha əvvəl ictimai həmrəyliyin qorunmasına çağırmışdı.
Hərbi təchizat zəncirimiz fəaliyyətini davam etdirir - İran
İranın müdafiə nazirinin səlahiyyətlərini icra edən müavini Şahrox Şəhram ölkənin hərbi təchizat zəncirinin fəaliyyətini davam etdirdiyini bildirib. Onun sözlərinə görə, ABŞ zərbələri İranın hərbi istehsal sistemini sıradan çıxara bilməyib. Şəhram İran müdafiə sənayesinin geniş daxili istehsal imkanlarına malik olduğunu deyib. O, müharibənin başlanmasından sonra silah və hərbi avadanlıq istehsalının sürətlə artdığını iddia edib. İran rəsmisi istehsaldakı artımı “eksponensial” adlandırıb. Tehran hərbi sənayesinin müharibə şəraitinə uyğunlaşdığını nümayiş etdirməyə çalışır. Son məlumatlarda İranın raket obyektlərini və digər hərbi infrastrukturu sürətlə bərpa etdiyi də bildirilir. Şəhramın açıqlaması İranın hərbi imkanlarının zəiflədilməsi barədə iddialara cavab kimi qiymətləndirilə bilər.
Heç bir ölkəyə qarşı müharibəyə başlamamışıq və başlamayacağıq - İran
İranın müdafiə naziri vəzifəsini icra edən Seyid Məcid İbn ər-Rza ölkəsinin heç vaxt müharibəyə başlamadığını bildirib. O, İranın ərazisinə və təhlükəsizliyinə qarşı hərbi təcavüzə imkan verilməyəcəyini vurğulayıb. İran rəsmisi Tehranda cümə namazından əvvəl çıxış edib. O, son müharibəni ölkəsi üçün “ağır sınaq” adlandırıb. İbn ər-Rzanın sözlərinə görə, İran son qarşıdurmaya əvvəlki 12 günlük müharibə ilə müqayisədə daha güclü daxil olub. O, İranın hərbi və texnoloji imkanlarının təkmilləşdiyini iddia edib. Müdafiə rəsmisi ölkənin hərbi gücünün müharibəyə başlamaq deyil, mümkün hücumların qarşısını almaq məqsədi daşıdığını bildirib. Tehran öz ərazisinə, müstəqilliyinə və təhlükəsizliyinə qarşı hərbi təcavüzə cavab verəcəyini vurğulayıb.
Raket gücünün mühüm hissəsi istifadə olunmayıb - İran MN
İran Müdafiə Nazirliyinin sözçüsü Rza Telayi Nik ABŞ və İsrail tərəfindən həyata keçirildiyi iddia edilən hücumlar zamanı ölkənin raket gücünün mühüm hissəsinin istifadə olunmadığını bildirib. O, ABŞ və İsrailin 28 fevralda İrana qarşı başlatdığı müharibədə uğursuz olduğunu və qarşıya qoyulan hədəflərə çata bilmədiyini iddia edib.