Türkiyədə 41 şəhərdə silah qaçaqmalçılarına qarşı əməliyyat keçirilib
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya 41 əyalətdə eyni vaxtda keçirilən silah və sursat qaçaqmalçılığına qarşı əməliyyatlar barədə məlumat verib. Nazir sosial media hesabında paylaşdığı açıqlamada 135 nəfərin saxlanıldığını bildirib. Ali Yerlikayanın sözlərinə görə, Adana, Ərzincan və Van mərkəz olmaqla həyata keçirilən əməliyyatlar zamanı 95 ədəd lisenziyasız tapança, 3 min 116 ədəd pnevmatik tapançadan çevrilmiş odlu silah, 31 ədəd qeydiyyatsız ov tüfəngi, 2 ədəd əl bombası və 19 min 467 ədəd silah hissəsi ələ keçirilib.
Suriyada baş verən partlayışda ölənlərin sayı artıb
Suriyanın İdlib vilayətinin şimal-qərbində yerləşən Maarat-Misrin yaşayış məntəqəsi yaxınlığında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 7-yə yüksəlib, təxminən 100 nəfər xəsarət alıb.