Britaniya Xarici İşlər Nazirliyinə yeni təyinat
Böyük Britaniyanın sabiq daxili işlər naziri İvet Kuper ölkənin xarici işlər naziri vəzifəsinə təyin edilib. Bu barədə baş nazir Kir Starmerin ofisinin yaydığı açıqlamada bildirilib. “Hörmətli İvet Kuper xarici işlər, Birlik və inkişaf məsələləri üzrə nazir vəzifəsinə təyin olunub”, - açıqlamada qeyd olunub. 56 yaşlı Kuper bu postda Devid Lammiyə əvəz edib. Lammiyə baş nazirin müavini və ədliyyə naziri vəzifələri həvalə olunub. Xarici işlər naziri təyinatından sonra boş qalan daxili işlər naziri postuna isə bundan əvvəl Ədliyyə Nazirliyinə rəhbərlik etmiş Şabana Mahmud gətirilib.
Böyük Britaniyanın baş nazir müavini istefa verib
Böyük Britaniyanın baş nazir müavini Ancela Reyner vergi qalmaqalı səbəbindən istefa verib. Məlumata görə, Reyner həmçinin mənzil-kommunal təsərrüfatı, icmalar və yerli özünüidarəetmə naziri postunu, eləcə də Leyboristlər Partiyasının sədr müavini vəzifəsini tərk edib. Baş nazir Kir Starmer onun istefasından məyus olduğunu bildirib və Reynerə gördüyü işlərə görə təşəkkür edib.
Qəzzadakı aclıq insan tərəfindən yaradılmış süni aclıqdır - Starmer
Böyük Britaniyanın baş naziri Kir Starmer bildirib ki, Qəzza zolağındakı vəziyyət dəhşətlidir və bölgədə yaranan aclıq insan tərəfindən yaradılmış süni aclıqdır. O qeyd edib ki, Qəzzadakı hadisələrlə bağlı dünya liderləri ilə danışıqlar aparır və atəşkəsin əldə olunması, bölgəyə humanitar yardımın çatdırılması və girovların azad olunması istiqamətində səylər göstərir. Baş nazir həmçinin iki dövlətli həll yoluna aparacaq sülh planı üzərində də işlədiklərini vurğulayıb.
Qeyri-qanuni miqrantların yerləşdirildiyi otellər bağlanılmalıdır - Britaniyanın Baş naziri
Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, ölkədə sığınacaq axtaran qeyri-qanuni miqrantların yerləşdirildiyi otellərin bağlanması prosesi daha tez reallaşdırılacaq. Starmer sığınmacıların yerləşdirildiyi otellərin sistemli şəkildə boşaldılmasının vacibliyini vurğulayıb. Baş nazir qeyri-qanuni miqrasiya ilə mübarizədə qətiyyətli olduğunu bildirib: “İnsanların bu məsələ ilə bağlı niyə narahat olduqlarını tamamilə başa düşürəm.”
ABŞ, Avropa və Ukrayna arasında birliyin yeni mərhələsi başlayır - Starmer
Böyük Britaniyanın baş naziri Kir Starmer bildirib ki, ABŞ prezidenti Donald Tramp, Ukrayna lideri Volodimir Zelenski və Avropa siyasətçilərinin iştirakı ilə baş tutan danışıqlar yaxşı keçib və real irəliləyiş əldə olunub.
Avropa Ukrayna böhranının həllində fəal iştirak etməlidir - Makron
Avropanın Ukrayna münaqişəsinin həlli prosesində fəal iştirak etməsi vacibdir. Bu fikri Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merts və Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra səsləndirib.
Ərdoğan Starmerlə Qəzzadakı vəziyyəti müzakirə edib
Ərdoğan, Qəzza zolağındakı humanitar vəziyyətin kritik həddə çatdığını, baş verənlərə yalnız reaksiya verməyin kifayət etmədiyini, bunun qarşısının alınması üçün addımlar atmağın bəşəriyyətin üzərinə düşən bir vəzifə olduğunu vurğulayıb.
Macarıstan Fələstin dövlətini tanımağı planlaşdırmır
Macarıstan hökuməti Fələstin dövlətini tanımağı planlaşdırmadığını və bu məsələdə ilk növbədə fələstinlilər və israillilər arasında sülh razılaşmasının əldə olunmasının vacib olduğunu bəyan edib.
İsrail XİN Britaniyanın Fələstin ilə bağlı bəyanatını rədd edib
İsrail, Böyük Britaniyanın Baş naziri Kir Starmerin Fələstin dövlətini tanımaq planları ilə bağlı bəyanatını rədd edib. Bu barədə İsrail Xarici İşlər Nazirliyi açıqlama yayıb.
ABŞ Ukrayna barədə Rusiya ilə razılaşma əldə edə bilər - Tramp
ABŞ Prezidenti Donald Tramp, Ukrayna ilə bağlı Rusiya ilə razılaşma ehtimalını nəzərdən keçirdiyini bildirib və yaxın vaxtlarda münaqişənin həll olunmaması halında Rusiyanı ikinci dərəcəli sanksiyalar və gömrük rüsumları tətbiq etməklə hədələyib.
Britaniya Qəzzaya humanitar yardım göndərməyi nəzərdən keçirir
Böyük Britaniya Qəzza zolağına humanitar yardımın çatdırılması və tibbi yardıma ehtiyacı olan uşaqların təxliyəsi məqsədilə beynəlxalq proqramlarda iştirak etməyi planlaşdırır.
Britaniyada müxalifət Baş nazirin müşaviri ilə bağlı araşdırma aparılmasına çağırıb
Böyük Britaniyanın müxalif Mühafizəkarlar Partiyası, Baş nazir Kir Starmerin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauellə bağlı Suriyada baş verən hadisələrlə bağlı ehtimal edilən maraqlar toqquşmasına görə araşdırma aparılmasını tələb edib.