4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ, Avropa və Ukrayna arasında birliyin yeni mərhələsi başlayır - Starmer

Böyük Britaniyanın baş naziri Kir Starmer bildirib ki, ABŞ prezidenti Donald Tramp, Ukrayna lideri Volodimir Zelenski və Avropa siyasətçilərinin iştirakı ilə baş tutan danışıqlar yaxşı keçib və real irəliləyiş əldə olunub.

19 Avqust 2025 09:35
ABŞ, Avropa və Ukrayna arasında birliyin yeni mərhələsi başlayır - Starmer

BAKI, AzerVoice, Fərid Mikayılov

Böyük Britaniyanın baş naziri Kir Starmer ABŞ paytaxtında keçirilən yüksək səviyyəli görüşlərin nəticələrini dəyərləndirib.

AzerVoice xəbər verir ki, onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp, Ukrayna lideri Volodimir Zelenski və Avropa siyasətçilərinin iştirakı ilə baş tutan danışıqlar yaxşı keçib və real irəliləyiş əldə olunub.

Starmer bildirib ki, sammitdə iştirak edən Avropa liderləri, Tramp və Zelenski arasında “həqiqi birlik hissi” formalaşıb.

Britaniya baş naziri danışıqlardan iki əsas nəticənin ortaya çıxdığını qeyd edib.

Birincisi, “istəkli ölkələr koalisiyası” ABŞ-la birlikdə Ukraynaya təhlükəsizlik zəmanətlərinin təmin olunması istiqamətində fəaliyyət göstərəcək.

İkincisi isə Rusiya prezidenti Vladimir Putin və Zelenski arasında ikitərəfli razılaşma imzalanması barədə prinsipial razılığın əldə olunmasıdır.

Xatırladaq ki, Starmer Ağ Evdəki görüş zamanı təkcə Ukraynanın deyil, bütövlükdə Avropanın təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.

Fransa prezidenti Emmanuel Makron isə Avropanın da iştirakı ilə Ukrayna məsələsinə dair dördtərəfli görüşün keçirilməsini təklif edib. O, həmçinin Rusiya, ABŞ və Ukrayna arasında ayrıca görüşün də mümkünlüyünü istisna etməyib.

Məqalədə: #Avropa #Rusiya #ABŞ #Fransa #Böyük Britaniya #Vladimir Putin #Donald Tramp #Ukrayna #Emmanuel Makron #Volodimir Zelenski #Ağ Ev #Vaşinqton #Kir Starmer #Rusiya-Ukrayna münaqişəsi #Ukrayna-Rusiya müharibəsi #ABŞ-Ukrayna münasibətləri

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45
ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens
Digər Dövlətlər

ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

3 Sentyabr 22:36
İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens
Digər Dövlətlər

İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens

3 Sentyabr 22:24
ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir
Avto İcmal və Testlər

ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

3 Sentyabr 21:37

Son Xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.