Azərbaycan və UN-HABITAT arasında "WUF13"ə hazırlıq məsələləri müzakirə olunub
Azərbaycan höküməti ilə BMT-nin İnsan Məskunlaşmaları Proqramı (UN-HABITAT) arasında Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna hazırlıq məsələləri müzakirə olunub. Görüşdə şəhər inkişafı, iqlim dəyişikliyi, dayanıqlı mobillik və rəqəmsal şəhər idarəçiliyi sahəsində əməkdaşlığın genişləndirilməsi diqqət mərkəzində olub. Tərəflər COP29 çərçivəsində formalaşan tərəfdaşlığın gələcək layihələr üçün yeni imkanlar yaratdığını vurğulayıblar.
Azərbaycanla Çex Respublikası nəqliyyat və şəhər mobilliyi üzrə Anlaşma Memorandumu imzalayıb
Almaniyada Azərbaycan və Çex Respublikası arasında nəqliyyat və şəhər mobilliyi üzrə Anlaşma Memorandumu imzalanıb.